İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü Mirzəliyev Nazim Əlixan oğlu elektrik dirəyində işləyərkən onu cərəyan vurub, bu zaman o dirəkdən yıxılaraq bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətində xəstəxanada müalicə olunur.