Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Hüseyn Cavid prospektində Bakı şəhər sakini 1993-cü il təvəllüdü Ə.Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.