27 İyul 2020 02:04
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda bıçaqlanma hadisəsi olub.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, münaqişə zəminində 3 nəfər - 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar.

Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.

Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

İlkin məlumata görə, hadisə Qazax şəhərində yerləşən kafelərin birində baş verib. Təhqiramiz ifadə üstündə yaranan mübahisə dava ilə nəticələnib.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com