6 Avqust 2020 15:26
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Lökbatan qəsəbəsi ərazisində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.İsgəndərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirləri ilə onun daha 6 avtomobildən ümumilikdə 6 mobil telefon oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov