Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.
Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub.
Məhəmməd Abdullayev barəsində Abşeron rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron rayon Polis İdarəsinə və ya Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.