11 Avqust 2020 11:53
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini İ.Qurbanov “BMW” markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov