Goranboy rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 11-də rayonun Yolqulular kənd sakini, 3 uşaq anası özünü öldürüb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Məxmər Məhəmməd qızı yaşadığı evin qarajında özünü iplə asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.