Şəki şəhər-rayon polis şöbəsinin Sarıca polis bölməsinə ərizə ilə müraciət edən rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılması nəticədə 1500 ədəd ot bağlamasının yandığını, 1 baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb. S.Yusifov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***
13:04
Şəki rayonunda vətəndaşa məxsus yardımçı tikili qəsdən yandırılıb.
Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsinə müraciət edən Kiçik Dəhnə kənd sakini T.Baqiyev avqustun 15-də saat 22 radələrində kənd ərazisində ona məxsus yardımçı təsərrüfatın qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yanmasını, 1 ulaq və 70 ev quşunun tələf olmasını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.