12 Oktyabr 2014 18:10
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxalifəti özündə cəmləşdirən Milli Şura deyilən bir qurumun icazəli mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, təəccüblənməzdim. Çünki bu, erməni lobbisini dəstəkləyənlərin, Azərbaycan xalqının, dövlətinin maraqlarına zərbə vuranların mitinqi idi”.


Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Şuranın mitinqində İŞİD bayrağının qaldırılmasını Trend-ə şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, bu mitinqi səviyyəsiz, aşağı səviyyəli piket adlandırmaq olar. Çünki mitinq keçirilən ərazidə çox azsaylı insan yığa bilmişdilər: “Avropada onları dəstəkləyənlərə nümayiş etdirmək üçün mitinq iştirakçılarını dəfələrlə sağa-sola genişlənməyə çağırırdılar. Bununla sayın çoxluğunu nümayiş etdirmək istəyirdilər”.

S.Novruzov bildirib ki, mitinqdə iştirakçıların sayını artırmaq üçün hətta azyaşlıları da ora yığmışdılar: “Bu, bir daha göstərdi ki, müxalifətin sosial elektoratı yoxdur. Ona görə də aksiyaya müxtəlif təriqətlərin nümayəndələri də çağrılmışdı. Bu baxımdan İŞİD terror qruplaşmasının bayrağının qaldırılması da təsadüfi deyil”.

S.Novruzov deyib ki, mitinqlə bağlı müxalifətçilərin mətbuatda verdiyi müsahibələrin sayı orda iştirak edənlərdən çox idi.

YAP rəsmisi bu mitinqi AXCP sədri Əli Kərimlinin digər müxalifət lideri İsa Qəmbər üzərində qələbəsinin təntənəsi kimi də dəyərləndirib: “İsa Qəmbər, Arif Hacılı və digər müsavatçıları tribunaya buraxmamaqla Əli Kərimli onlar üzərində qələbəsini nümayiş etdirmiş oldu”.


Müəllif:

Oxşar xəbərlər