28 Avqust 2020 22:19
4 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Almaniya Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçuşuna icazə verməyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Almaniyanın Federal Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, iyulun sonunda Kölndən İrəvana uçmalı olan təyyarənin Türkiyə üzərindən keçməsinə razılıq verilməyib.

Məlumatda qeyd olunur ki, təyyarə erməni əsgərlərini Almaniyaya hərbi təlimlərə aparmaq məqsədi daşıyıb.

"Spiegel" Türkiyənin imtina ilə bağlı heç bir səbəb göstərmədiyini yazıb.

Erməni hərbçilər Almaniyaya başqa marşrutla getməli olublar.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər