Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron rayon Polis İdarəsi və Şirvan şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən qrupun digər üzvi, Sabirabad rayon sakini B.Kərimov Şirvan şəhəri ərazisində saxlanılıb.
Qeyd edək ki, avqustun 24-də cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıblar. Həmin vaxt B.Kərimovun şəxsiyyəti müəyyən edilmişdi.
Faktla bağlı cinayət işi başlanıb.