Fransanın Parkul-Şeno kommunasına aid Dordon departamentinin 82 yaşlı sakininin milçək öldürmək cəhdi faciə ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, elektrikli milçəköldürən qurğunu işə salan kişi onu bilmədən qaz balonuna yaxınlaşdırıb. Bu zaman evdə partlayış olub və tavan uçub. Yaşlı kişi yüngül xəsarət alıb.