İranın şimal-şərqindəki Gülüstan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Gülüstan əyalətinin Məravətəpə bölgəsində olan zəlzələ yerli vaxtla 09.16-da qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Yaralı və tələfatla bağlı heç bir açıqlama verilməyib.