15 Oktyabr 2014 12:41
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin xarici işlər naziri Riyad əl-Malikin Azərbaycana rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Fələstin XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu bildirilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fələstin XİN rəhbəri ilə həm təkbətək, həm də geniş tərkibli görüş keçirib.

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Fələstin XİN-ləri arası məsləhətləşmələr haqqında anlaşma memarandumu imzalanacaq.

Hazırda görüş nümayəndə heyətlərinin iştirak ilə davam edir.


Müəllif:

Oxşar xəbərlər