6 Oktyabr 2020 13:43
8 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda iki avtomobildən odlu silah götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.

Bundan başqa, ötən gün paytaxt sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil də Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər iki sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron rayon Polis İdarəsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov