Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 760 manat pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş R.Şükürov saxlanılıb.