13 Oktyabr 2020 08:05
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerə yaxınlaşan “Bennu” meteoridinin sirri çözülüb. NASA-nın “OSIRIS-Rex” kosmik aparatı “Bennu”nun göründüyündən daha az sıxlığa malik ola biləcəyini ortaya çıxarıb.

Teleqraf.com xəbər verir ki, elm adamları göy cisminin vaxtilə su ilə zəngin olan bir asteroidin bir hissəsi olduğu təsbit edilib.

ABŞ Kosmos İdarəsi (NASA) “OSIRIS-Rex”-i oktyabrın 20-də “Bennu”ya endirməyi planlaşdırır.

Yeni tədqiqatlar meteoritdəki nüvənin səthdən daha zəif olduğunu ortaya çıxarıb. Saatda 101 min kilometr sürətlə planetimizə doğru irəliləyən “Bennu” NASA-nı hərəkətə keçirib.

Təxminən 500 metr hündürlüyü olan “Bennu”nu “riskli” kateqoriyasında qiymətləndirən NASA, mümkün fəlakətin qarşısını almaq üçün iki plan hazırlayıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, NASA-nın prioritet planı “Bennu”nun hərəkət istiqamətini dəyişdirməkdir. 8.8 ton ağırlığında olan “Hammer” adlı kosmik raketin asteroidə çırpılaraq istiqamətinin dəyişdirilə biləcəyi bildirilib.

NASA-nın ikinci planı nüvə silahından istifadə etməkdir. Bu seçimdə kosmik gəmi nüvə silahı ilə təchiz ediləcək və “Bennu” dünyadan çox uzaqda olarkən vurularaq parçalanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər