24 Oktyabr 2020 15:22
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinə oktyabrın 17-dən 19-dək olan müddətdə rayon ərazisindəki “Milli-ön” ödəmə terminallarının birindən 2211 manat pul oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.İsgəndərov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər