İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub.
Teleqraf.com-un məlumatına görə, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib.
Atışmada 3-4 nəfərin öldüyü bildirilir.
İranın Müdafiə Nazirliyi iranlı nüvə-raket aliminin sui-qəsd nəticəsində ağır yaralandığını və həkimlərin səylərinə baxmayaraq, xəstəxanada öldüyünü bildirib.
M.Fəxrizadə ABŞ-ın Foreign Policy nəşrinin dünyanın ən güclü 500 alimi siyahısında yer alıb.
BMT Təhlükəsizlik Şurası 2007-ci ildə İranın Müdafiə Nazirliyinin Fizika Araşdırmalar Mərkəzinin ditektoru vəzifəsində çalışan Fəxrizadəyə sanksiya tətbiq etmişdi.