2 Dekabr 2020 11:36
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakı şəhərinə və Quba rayonuna getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar.

Araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Xaçmaz rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər