22 Dekabr 2020 12:11
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 20-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Y.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Famil Əliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 21-də orada ölüb

Bundan başqa, dekabrın 21-də saat 17 radələrində Ucar rayonunun Alpı kəndi ərazisində Goranboy rayon sakini Araz Bayramov idarə etdiyi “VAZ-21124” markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına vurub.

Nəticədə sürücü və 1 sərnişini hadisə yerində ölüblər.

Oxşar hadisə dekabrın 21-də saat 9 radələrində Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində də baş verib.

Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.


Müəllif: Hacı Zeynalov