Azərbaycan Vəkillər Kollegiyasının daha bir üzvü vəfat edib.
Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının 15 saylı bürosunun vəkili Əsgərov Heydər Qulu oğlu COVID-19 xəstəliyindən bu gün vəfat edib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, son günlər Vəkillər Kollegiyasının daha bir neçə üzvü - tanınmış vəkillər Əli Əkbərov, Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov da koronavirusdan vəfat edib.