6 Yanvar 2021 14:19
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri olan 7 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov