8 Yanvar 2021 12:33
5 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov