8 Yanvar 2021 13:02
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilb.

Teleqraf.com xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

“Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib”, - deyə Baş prokuror bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər