15 Yanvar 2021 09:25
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com