28 Yanvar 2021 16:42
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Tərtər rayonunda traktorun minaya düşməsi barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov