Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub.
Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.
Hər iki şəxs barəsində polis şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.