Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Goranboy rayon sakini Ş.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini Ş.Hüseynovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.