Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə fevralın 17-də saat 18 radələrində bir nəfərin Bakı şəhər sakini olan 12 yaşlı Ə.Məmmədlinin velosipedini alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.