25 Fevral 2021 16:22
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Cəfərovun evinin zirzəmisinə baxış zamanı oradan 10 kiloqram 400 qram marixuana aşkar edilib.

Bundan başqa, Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dayıkazımlı kənd sakinləri N.Məhərrəmovdan “Tula” və S.Feyzullayevdən “Fortune” markalı ov tüfəngləri götürülüb.

Neftçala rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Boyat kənd sakini S.İsmayıllıdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.


Müəllif: Hacı Zeynalov