Biləsuvar polisinin axtarışa verdiyi şəxs paytaxtda həbs olunub.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi tərəfindən rayon sakini R.Əzizov Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən axtarışa verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.