Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, Z.Rəhimovanın evindən içərisində 4300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə əlindən alınıb.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.