Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kq 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.