Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.
Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının "Məni axtarmayın" qeydinin ona məxsus olmadığını iddia etmişdi.