Bu gün Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçiriləcək.
İclasda başqanlığa sabiq namizəd Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa yekun rəy bildiriləcək.
Q.İbadoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, bu gün rəylə tanış olandan sonra mövqeyini açıqlayacaq.
Qeyd edək ki, keçmiş namizəd partiyanın qurultayında səsvermə prosedurlarındakı pozuntulara dair MNTK-ya müraciət edib.
Ayxan