Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də E.Süleymanovu 400 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Adıgözəlov saxlanılıb.
Onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.