Bakının Suraxanı rayonunda ötən il baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 9-da rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.