9 May 2021 12:30
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qəriblər kəndində yerləşən "Arena" qapalı futbol meydançasında futbol oyununun təşkil edilməsi müəyyən olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən orada olan şəxslərə karantin rejiminin qaydaları izah olunub.

12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə Masallı şəhəri ərazisində yerləşən trenajor zallarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi aşkarlanıb və orada məşq edən 9 nəfər barəsində qanunamüvafiq qaydada inzibati protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov