Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisindəki evlərin birindən 6 500 manat, 800 ABŞ dolları və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qusar rayon sakinləri R.Əlifova və bacısı saxlanılıblar.