27 İyun 2021 15:56
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində balıqların "tok"la tutulması ilə bağlı görüntülər yayılıb. Məsələ ilə bağlı polis əməkdaşları araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsində araşdırmalara başlanılıb.

"Hazırda həmin balıqçının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçilir. Su Polisinin adının hallandığı iddialar isə əsassızdır”, - məlumatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər