Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 5-də rayon ərazisindəki evlərin birindən 9600 manat oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən ev sahibəsinin qohumu, Saray qəsəbə sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.