Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin tədbirlər planına uyğun olaraq “COVID-19” virusunun qarşısının alınması məqsədilə işlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, Ağsu rayonunda da reydlər mütəmadi olaraq keçirilir.
Rayonda fəaliyyət göstərən taksi, eləcə də iritutumlu avtobus sürücüləriylə profilaktik söhbətlər aparılıb.
Tibbi maskadan istifadə etməyən vətəndaşların və sürücülərin bəzilərinə xəbərdarlıq edilib. Reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-ə yaxını qayda pozuntuları müşahidə edildiyindən İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cərimələnib.
Reydin keçirilməsində əsas məqsəd “COVID-19” infeksiyasına qarşı mübarizənin gücləndirilməsidir. Ağsu rayon yol polisi əməkdaşları tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq keçirilir və ilin sonuna kimi davam edəcəyi bildirilir.