Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.
Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.