Bakı şəhərinin Xəzər rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 15 m² olan külafirənginin yanar konstruksiyaları və içərisində 1 ədəd masa yanıb.
FHN-dən Teleqraf.com-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.