13 Sentyabr 2021 10:29
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini Orxan Əliyev saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.


Müəllif: Hacı Zeynalov