19 Oktyabr 2021 12:07
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunda faciəli hadisə baş verib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov