14 Noyabr 2014 12:56
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 19-dan 21-dək Nyu-Yorkda AŞPA-nın Xarici əlaqələr alt komitəsinin iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edəcək.

Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, tədbirdə keçmiş Yuqoslaviyaya daxil olan ölkələr arasında barışıq, Yaxın Şərqdə sülh prosesi, İŞİD-in törətdiyi təhlükələr, ərəb dünyasında siyasi dəyişikliklər, mədəniyyətlərarası və dinlərarası dialoq, Kipr və Ukraynadakı problemlər, siyasi ekstremizm, neonasizm, antisemitizm, terrorizmlə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər