24 Noyabr 2021 11:11
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də saat 21 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Salyan rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər