Quba rayon polis şöbəsinə müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba raynunun Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.
Faktla bağlı Quba rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.